Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən Novruz Bayramı ilə bağlı tədbirlər planı hazırlanıb.
“Qafqazinfo” xəbər verir ki, bayram ərəfəsində rayonda başlanılmış geniş abadlıq və quruculuq işləri davam etdirilir, tədbirlər çərçivəsində rayonda yaşayan şəhid, əlil, veteran, kimsəsiz və aztəminatlı ailələrə, məcburi köçkünlərə qayğı diqqət mərkəzində saxlanılır. Bu qəbildən olan ailələr üçün Nəsimi rayon İcra Hakimiyyəti ilə yanaşı, rayonda yerləşən idarə və təşkilatlar, iş adamları, ayrı-ayrı xeyriyyəçilər tərəfindən zəruri ərzaqlardan ibarət bağlamalar təşkil olunur.
Rayon rəhbərliyi və ictimaiyyət nümayəndələrinin bayram ərəfəsində cəbhə bölgələrində olaraq xidmət edən əsgərlərimizi bayram münasibəti ilə təbrik etmələri Nəsimi rayonunda ənənə halını alıb.
Novruz bayramı tədbirləri çərçivəsində rayon İcra Hakimiyyətində Qarabağ əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin, Veteran Təşkilatları Şurasının, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin, Qızıl Aypara, Gözdən Əlillər, Çernobıl əlilləri, 20 Yanvar cəmiyyətlərinin, Azərbaycandakı Rus İcmasının və “Sodrujestvo” cəmiyyətinin rayon şöbələrinin üzvlərinə ərzaq payları verilib.
Novruz bayramı münasibətilə ümumilikdə 3000-dən artıq ailəyə bayram sovqatları paylanılıb, yataq xəstələrinin bayram payları isə evlərinə çatdırılıb.
Son xəbərlər
Son Xəbərlər