Nəsimi rayonunda aprel ayında 1, 2, 3 nömrəli sahə inzibati ərazi dairələrini əhatə edən ərazilərdə səyyar qəbullar və yerlərdə çoxsaylı görüşlər keçirilib. Keçirilən 4 səyyar qəbul və görüşlərdə 700-dən çox sakinin iştirakı ilə 80-dən çox müraciət dinlənilib.
“Qafqazinfo” xəbər verir ki, vətəndaşların müraciətləri əsasən, qəzalı və istismar müddəti bitmiş yaşayış evlərinin, köhnə məhəllələrin sökülərək yenilərinin tikilməsi, binaların fasadlarının, dam örtüklərinin, zirzəmilərin, kanalizasiya xətlərinin təmiri, həyətlərin abadlaşdırılması, küçə və həyətlərin işıqlandırılması, mənzil şəraitinin yaxşılaşdırılması, iş ilə təmin, ağacların budanması və ya götürülməsi və s. məsələlərlə bağlı olub.
Qəbullar və görüşlərdə sakinlərin müraciətləri ilə bağlı aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlar verilib, müraciətlərin müsbət həlli istiqamətində operativ tədbirlər görülüb. Qaldırılan məslələrin həlli ilə bağlı görüləcək işlər barədə vətəndaşlara geniş izah verilib.
Vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin abadlıq quruculuq sahəsində təqdim olunan layihələrə təklif və rəylərin verilməsi imkanının olduğu sakinlərin diqqətinə çatdırılıb.




Son xəbərlər
Son Xəbərlər