Nəsimi rayonunda “Aprel döyüşləri dərsləri” davam edir

nesimi-rayonunda-aprel-doyusleri-dersleri-davam-edir
Oxunma sayı: 727

Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən rayon məktəblilərinin iştirakı ilə növbəti “Aprel döyüşləri dərsləri” keçirilib.

İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, dərsi  giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müavini Anar Tağıyev aprel döyüşləri zamanı Azərbaycan Ordusunun cəsarətindən, qəhrəmanlığından danışıb. 2016-cı ilin Aprel döyüşləri zamanı Milli Ordumuzun hərbçiləri şəhidlik zirvəsinə yüksələrək öz canları və qanları hesabına hər birimizə çoxdan gözlədiyimiz qələbənin yollarını göstərdilər. Anar Tağıyev Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən keçirilən “Aprel göyüşləri dərsləri” nin yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsinə, qəhrəmanlıq tariximizin daha dərindən öyrənilməsinə xidmət etdiyini bildirdi.

Daha sonra 54  saylı məktəbin tarix müəllimi Zeynal Qasımovun təqdimatında  Aprel döyüşləri dəri başlayıb. Z.Qasımov hazırladığı slaytla Qarabağ müharibəsi  və 2016-cı ilin aprel ayının 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş dördgünlük müharibə zamanı Füzuli rayonu istiqamətində yerləşən “Lələ təpə” adlandırılan yüksəkliyin azad edilməsindən, Azərbaycan bayrağının Lələ təpədə dalğalandırılmasından, bu yüksəkliyin azad edilməsinin strateji əhəmiyyəti barədə məktəblilərə məlumat verdi.

Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin Nəsimi rayon şöbəsinin sədri, I qrup Qarabağ müharibəsi əlili  Azər Quliyev Qarabağ müharibəsi zamanı iştirak etdiyi döyüşlərdən, bu müharibə zamanı Azərbaycan oğullarının şücaətindən danışıb.