Nəsimi rayonunda Bədən tərbiyəsi və idman günü qeyd edildi

nesimi-rayonunda-beden-terbiyesi-ve-idman-gunu-qeyd-edildi
Oxunma sayı: 875

 

Mart ayının 3-də Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Respublika Velotrekində 5 mart - Bədən tərbiyəsi və idman günü qeyd edilib.

"Qafqazinfo" xəbər verir ki, İdman bayramı tədbirində rayonun tam orta məktəblərində təhsil alan idmanla məşğul olan, Dünya, Avropa yarışlarında, Respublika və Bakı şəhər Çempionatlarında qalib olmuş məktəblilər iştirak edirdilər. Azərbaycan Velosiped Federasiyasının velosipedçilərinin bayraqlarla yürüşü ilə idman bayramı başladı.

İdman bayramında çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov qeyd etdi ki, ölkə idmançıları bu ilki bayramınlarını Prezident İlham Əliyevin Milli Olimpiya Komitəsi Yaradılmasının 25 illiyi barədə sərəncamının doğurduğu böyük sevinc hissi ilə qeyd edirlər:

"Bu təntənədən ölkənin idman həyatında fəal iştirak edən nəsimililərə də böyük pay düşdüyünü vurğulayan rayon rəhbəri bədən tərbiyəsi və idman hərəkatının təmsilçilərini əlamətdar gün münasibətilə səmimi təbrik edib, Azərbaycan idmançılarına daha böyük qələbələr arzulayıb.

Ötən il ölkəmiz “Bakı-2015” birinci Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi etdi. Qitənin ilk ən böyük idman yarışmasında Azərbaycan komanda hesabında 50 ölkə arasında ikinci yeri tutdu. Sonrakı ildə ölkəmiz “Formula-1” Avropa Qran-pri yarışını, Ümumdünya Şahmat Olimpiadasını və digər beynəlxalq yarışları böyük uğurla təşkil etdi. Hazırda IV İslam Həmrəylik Oyunlarına son hazırlıq işləri görülür. 2020-ci ildə isə Azərbaycan futbol üzrə Avropa çempionatının final mərhələsinin oyunlarına ev sahibliyi edəcək".