Nəsimi rayonunda daha 500 ailəyə ərzaq bağlamaları verildi - Fotolar

nesimi-rayonunda-daha-500-aileye-erzaq-baglamalari-verildi
Oxunma sayı: 1005

Nəsimi rayonu ərazisində  koronavirus (COVİD - 19) infeksiyasına yoluxma hallarına yol verilməməsi  və  onun qarşısının alınması ilə bağlı  qabaqlayıcı profilaktik tədbir olaraq rayon ərazisindəki küçə və prospektlər, parklar, yollar, inzibati binaların, ticarət obyektlərinin, metrostansiyaların çıxışlarının ətrafları, yaşayış binalarının girişləri, lift kabinələri və məişət tullantıları konteynerlərinin  zəruri avadanlıqlarla təchiz olunmuş işçi qrupları tərəfindən dezinfekasiya olunması işləri davam etdirilir.

“Qafqazinfo”ya daxil olan məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə  uyğun olaraq Nəsimi  rayonunda  xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara əməl olunması  istiqamətində zəruri tədbirlər  görülür.   

Tətbiq edilən karantin rejimi ilə əlaqədar RİH-tərəfindən rayon ərazisində yaşayan 65 yaşdan yuxarı tənha sakinlərin, aztəminatlı və sosial qayğıya ehtiyacı olan ailələrin siyahısı dəqiqləşdirilib, RİH əməkdaşları tərəfindən onlarla əlaqə saxlanılaraq problemləri və ehtiyacları öyrənilib. Həmin kateqoriyadan olan daha 500 ailəyə RİH tərəfindən müxtəlif çeşidli ərzaq bağlamaları çatdırılıb, həmçinin onlara infeksiyadan qorunmaq üçün şəxsi gigiyena qaydaları və sosial təcridolmanın vacibliyi barədə məlumatlar verilib. Həmin ailələr mütəmadi olaraq RİH əməkdaşları tərəfindən nəzarətdə saxlanılır.