Fevral ayının 15-dən Nəsimi rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi tədbirlərinin həyata keçirilməsinə başlanılıb.
“Qafqazinfo” xəbər verir ki, Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən aidiyyatı qurumların nümayəndələrindən ibarət müvafiq komissiya yaradılıb, həyata keçiriləcək tədbirlərin kollektivlər və ərazilər nəzərə alınmaqla xususi qrafiklər tərtib olunub. Müvafiq qurumların da cəlb olunması ilə rayonda əhali arasında təşkilati-izahat işləri davam etdirilir.
Tibbi müayinənin keyfiyyətlə həyata keçirilməsi məqsədi ilə rayondakı tibb müəssisələrinin hazırlıq vəziyyətinə gətirilməsi istiqamətində rayondakı 4 poliklinikada tədbirin keçirilməsi üçün müvafiq şəraitlər yaradılıb. Həmçinin yaşayış sahələrində, idarə və təşkilatlarda müayinələrin keçirilməsi üçün, evdə olan yataq xəstələrində müayinəsi məqsədi ilə səyyar həkim briqadaları da təşkil olunub.
Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva bildirib ki, rayonda tibbi müayinənin keçirilməsi üçün işlər İcra Hakimiyyəti tərəfindən gündəlik nəzarətdə saxlanılır. Əhalinin tibbi müayinə tədbirləri ilə bağlı bütün hazırlıq işləri aparılıb, poliklinikar lazımi dərman preparatları ilə təchiz olunmuş, burada həkimlərdən ibarət səyyar briqadalar yaradılıb.
Rayonda əhalinin tibbi müayinə tədbirləri davam edir.






Son xəbərlər
Son Xəbərlər