Nəsimi rayonunda əl qumbarası tapılıb - Fotolar

nesimi-rayonunda-el-qumbarasi-tapilib
Oxunma sayı: 742

İyunun 28-də Bakının Nəsimi rayonu ərazisində 1 ədəd əl qumbarası tapılıb.

"Qafqazinfo" xəbər verir ki, ANAMA-nın xüsusi mobil çevik əməliyyat qrupu və Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssislərinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları ilə birlikdə həyata keçirtdiyi təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd RQD-5 əl qumbarası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.