Nəsimi rayonunda fevral ayında 6 səyyar qəbul keçirilib - Foto

nesimi-rayonunda-fevral-ayinda-6-seyyar-qebul-kecirilib
Oxunma sayı: 781

2020-ci ilin fevral ayı ərzində Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov tərəfindən rayonda 6 səyyar qəbul və görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, 1000-ə yaxın sakinin iştirak etdiyi qəbullarda 37 müraciət dinlənilib. Qaldırılan məsələlərin əksəriyyəti həllini tapıb, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün aidiyyatı idarə və müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilib, məsələlərlə bağlı vətəndaşlarla geniş izahat işi aparılıb.

Vətəndaşların müraciətləri əsasən həyətlərin abadlaşdırılması, mənzil şəraitinin yaxşılaşdırılması, dam örtüklərinin və liftlərin təmiri, küçə və həyətlərin işıqlandırılması, ağacların budanması, qəzalı və istismar müddəti bitmiş yaşayış evlərinin, köhnə məhəllələrin sökülərək yenilərinin tikilməsi və s. məsələlərlə bağlı olub.

Görüşlərdə ölkə rəhbərliyi görülən çoxşaxəli işlər xüsusi qeyd edilib, sakinlər vətəndaşların yerlərdə qəbulunun təşkilinə, göstərilən hərtərəfli diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.