Nəsimi rayonunda ilin ikinci rübünün yekunları müzakirə olunub - Fotolar

nesimi-rayonunda-ilin-ikinci-rubunun-yekunlari-muzakire-olunub
Oxunma sayı: 1576

Prezident İlham Əliyevin 2019-cu ilin iyulun 31-də sosial-iqtisadi sahə ilə bağlı keçirdiyi müşavirədəki nitqindən irəli gələn vəzifələr və Nəsimi rayonu üzrə ikinci rübün yekunları ilə bağlı rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş yığıncağı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, yığıncaqda rayonun sənaye müəssisələri, təsərrüfat xidmətləri, təhsil, səhiyyə, mədəniyyət müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, din xadimlərinin, sahibkarların, gənclər təşkilatlarının və rayon ictimaiyyəti nümayəndələri iştirak ediblər.

İclası giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov İlham Əliyevin 2019-cu ilin iyulun 31-də sosial-iqtisadi sahə ilə bağlı keçirdiyi müşavirə barədə ətraflı məlumat verib. Bakı şəhərinin problemlərinin həllini sürətləndirmək, paytaxtın ümumi gözəlliyini və rahatlığını daha da artırmaq yönündə gerçəkləşdirdiyi layihələr, dövlət proqramlarında nəzərdə tutulan məqsədyönlü quruculuq-abadlıq tədbirlərinin ardıcıl yerinə yetirilməsi, daxili imkan və ehtiyatların kifayət qədər hərəkətə gətirilməsi Nəsimi rayonunda sürətli inkişaf və genişmiqyaslı yeniləşməni təmin edib.

Hesabat dövründə rayon üzrə Tədbirlər Planına uyğun olaraq bir sıra tədbirlər keçirilib. 2019-cu ilin fevral ayından başlanmış əhalinin tibbi müayinədən keçirilməsi tədbirləri may ayında uğurla başa çatdırılıb. Aprel döyüşlərinin ildönümü rayonun bütün kollektivlərində qeyd edilib.

Rayonda 2019-cu ilin ikinci rübü ərzində 12 səyyar qəbul keçirilib, 3000-ə yaxın sakinin iştirak etdiyi qəbullarda 102 müraciət dinlənilib. Qaldırılan məsələlərin əksəriyyəti həllini tapıb, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün aidiyyatı idarə və müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilib, həlli mümkün olmayan məsələlərlə bağlı vətəndaşlarla geniş izahat işi aparılıb.

İclasda ƏSMN yanında SMF-nun Nəsimi rayon şöbəsinin müdiri əvəzi İlham Hüseynov, rayon MKTB-nin rəisi Elman Yəhyayev, rayon Sukanal İdarəsinin rəisi Vaqif Cəbrayıllı, “Azərişıq” ASC-nin rayon şöbəsinin rəisi Həbib Əzizov ikinci rübdə görülən işlər barədə çıxışlar ediblər.