Nəsimi rayonunda Müstəqillik Günü münasibətilə tədbir keçirilib - Fotolar

nesimi-rayonunda-musteqillik-gunu-munasibetile-tedbir-kecirilib
Oxunma sayı: 812

Nəsimi rayonunda 18 oktyabr - Dövlət müstəqilliyi gününə həsr edilmiş silsilə tədbirlər davam edir. Həmin tədbirlər çərçivəsində Nəsimi rayonu 8 saylı tam orta məktəbdə Dövlət müstəqilliyi gününə həsr olunmuş Qarabağ əlilləri, veteranları və şəhid ailələri ictimai birliyi, rayon ağsaqqallar şurası və Nəsimi rayon İcra Hakimiyyəti ilə birgə Qarabağ Azərbaycandır adlı bayram tədbiri keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Nəsimi rayon Ağsaqqallar Şurasının sədri Aydın Heydərov müstəqilliyimizin tarixi əhəmiyyətindən danışıb. Daha Sonra çıxış edən Qarabağ əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin sədri Azər Quliyev deyib ki, vaxtilə Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyin bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir.

Çıxış edən Tələbə İsmayil Ağazadə bildirib ki, Qarabağ Azərbaycanın aktual mövzusu sırasına daxildir. Gənclərimiz hər il Xocalı soyqırımını və yaxud Qarabağın daxilində olan rayonların işğal gününü dünyanın hər yerində yada salır. 

Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva bildirib ki, XX yüzilliyin sonlarında SSRİ-nin süquta uğraması ilə yaranan əlverişli tarixi şərait nəticəsində Azərbaycan xalqı XX əsrdə ikinci dəfə müstəqillik bayrağını qaldırıb: “1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev ölkəmizin müstəqilliyini əbədi və dönməz etdi. Gülarə xanım bildirdiki Cənab Prezidentin “Qarabağ Azərbaycandır!” sözləri müasir dövrün milli vətənpərvərlik ruhunu qazanmaqdadır. Bu fikirlər tarixi keçmişimizi əks etdirən Azərbaycan tarixidir”. 

Tədbir boyu iştirakçılar Asəf Zeynallı adına Bakı Musiqi Akademiyasının tələbə gənclər təşkilatının tələbələri tərəfindən vətənpərvərlik mövzusunda ifa olunan şer və mahnıları dinləyib, Qarabağ Azərbaycandır adlı video çarxları izləyiblər.