Prezident İlham Əliyevin 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edilməsi haqqında sərəncamının icrası ilə əlaqədar Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamı ilə tədbirlər planı təsdiq edilib.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı növbəti tədbir Nəsimi rayonu 164 nömrəli tam orta məktəbdə keçirilib.
Tədbirdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva bildirib ki, şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutan Nəsimi yaradıcılığı elmi-ədəbi fikrin diqqət mərkəzindədir. Şairin irsinin tədqiqi və təbliği Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyinin keçirildiyi vaxta təsadüf edir. 1979-cu ildə Bakı şəhərinin Nəsimi rayonunda Nəsiminin heykəli ucaldılıb. O, “Nəsimi ili” ilə bağlı Nəsimi rayonunda keçirilmiş tədbirlər barədə də məlumat verib.
Daha sonra tədbir məktəblilərin hazırladıqları ədəbi-bədii kompozisiya ilə davam edib. Tədbirdə iştirak edən Xalq artisti Rasim Balayev məktəblilərin suallarını cavablandırıb.
Son xəbərlər
Son Xəbərlər