8 Mart Beynəlxalq Qadınlar bayramı münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən bayram tədbiri təşkil edilib.
"Qafqazinfo"ya daxil olan məlumata görə, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən dövlət, elm və təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə çalışan, həmçinin şəhid ailələrini təmsil edən qadınların iştirakı ilə keçirilən bayram tədbirini Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov açaraq iştirakçıları gözəl bayram münasibəti ilə təbrik edərək, 8 Mart Beynəlxalq Qadınlar gününün tarixi barədə məlumat verdi və bildirdi ki, 106 il əvvəl (1911-ci ildə) Sosialist Qadınların Kopenhagendə keçirilən ikinci konfransında qəbul edilmiş bu gün ilk dəfə ABŞ-da və bir sıra Avropa ölkələrində qeyd olunub. 8 mart 1966-cı ildə SSRİ-də qeyri-iş günü və dövlət səviyyəli bayram elan olunmuşdur. Bu gün bu bayram dünyanın bir çox ölkələrində geniş qeyd olunur.
Ümummilli liderimiz dahi Heydər Əliyev qadınlarımız barədə «…Mən dünyanın çox yerində olmuşam. Amma Azərbaycan qadınları qədər gözəl qadınlar görməmişəm» demişdir. Ulu öndər həmişə Azərbaycan qadınının zəhmətini, fəaliyyətini çox yüksək qiymətləndirmiş, qadınlara hər zaman böyük hörmət və ehtiramla yanaşmışdır.
Müasir dövrümüzdə Azərbaycan qadını ölkənin ictimai-siyasi həyatında fəal rol oynayan bir varlıqdır. Bu gün Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva bütün dünyaya sübüt edir ki, Azərbaycan qadını həm gözəl ana, həm də fəal ictimai xadim ola bilər.
Bakının mərkəzi rayonu olan Nəsimi rayonunda əhalinin 50,5 faizini qadınlar təşkil edir.
Tədbirdə iştirak edən qadınlara rayon İcra Hakimiyyətinin hədiyyələri təqdim olunub.
Tədbir populyar incəsənət ustalarının konserti ilə başa çatıb.
Son xəbərlər
Son Xəbərlər