Nəsimi rayon İcra Hakimiyyətində qarşıdan gələn Ramazan bayramı münasibətilə xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla rayonda yaşayan bir qrup Vətən Müharibəsi şəhidlərinin ailə üzvləri və Vətən Müharibəsi əlilləri ilə görüş keçirilib.
Görüşün əvvəlində Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir iştirakçılarını Ramazan bayramı münasibətilə təbrik edən rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirib ki, bu gün müstəqil ölkəmiz Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tariximizin ən şərəfli günlərini yaşayır: "Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızda tarix yazdı. Bir daha sübut olundu ki, güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir. Çünki müstəqil dövlətin nüfuzu iqtisadi, siyasi və elmi potensialı ilə yanaşı, onun malik olduğu ordusunun qüdrəti ilə də ölçülür. Bu gün Azərbaycan Ordusu dünyada güclü ordular sırasındadır.
Nəsimi rayonunda Vətən müharibəsi Şəhidlərinin ailələrinə, əlillərə və iştirakçılara daim diqqət və qayğı ilə yanaşılır. Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları müntəzəm olaraq bu ailələrin problemleri ilə maraqlanır, qaldırdıqları məsələlərin həlli ilə əlaqədar operativ tədbirlər həyata keçirilir".
Görüşün sonunda Vətən müharibəsi şəhidlərinin valideynləri – Valeh Mikayılov, Balakişi Cəfərov, Ceyhun Kərimov və Səxavət Əliyev çıxış ediblər.
Tədbirdən sonra Ramazan bayramı münasibətilə rayon ərazisində yaşayan Vətən Müharibəsi Şəhid Ailələri və yaralılar rayon İcra Hakimiyyətinin rəhbərliyi və məsul əməkdaşları tərəfindən ziyarət olunub.






Son xəbərlər
Son Xəbərlər