Nəsimi rayonunda şəhid ailələri ziyarət olundu - Fotolar

nesimi-rayonunda-sehid-aileleri-ziyaret-olundu
Oxunma sayı: 1283

Nəsimi rayonunda Vətən müharibəsi şəhidlərinin ailələrinə, əlillərə və iştirakçılara daim diqqət və qayğı ilə yanaşılır. Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları müntəzəm olaraq bu ailələrin problemleri ilə maraqlanır, qaldırdıqları məsələlərin həlli ilə əlaqədar operativ tədbirlər həyata keçirir.

“Qafqazinfo” xəbər verir ki, Ramazan bayramı ərəfəsində rayon ərazisində yaşayan Vətən müharibəsinin şəhid ailələri RiH-nin rəhbərliyi və məsul əməkdaşları tərəfindən ziyarət olunub, onlara maddi yardım və bayram sovqatları çatdırılıb.

Eyni zamanda, rayonda yaşayan əlillərə, aztəminatlı ailələrə bayram sovqatı paylanıb.

Bayram ərəfəsində ümumilikdə rayon ərazisində yaşayan 1000-dən artıq ailəyə bayram sovqatları paylanılıb.