Nəsimi rayonunda şəhid ailəsinin mənzili təmir olundu - Fotolar

nesimi-rayonunda-sehid-ailesinin-menzili-temir-olundu
Oxunma sayı: 2162

Vətən müharibəsi şəhid ailələrinin və əlillərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən silsilə tədbirlər çərçivəsində, Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən şəhid Məmmədov Vüqar Elxan oğlunun ailəsinin yaşadığı Asif Məhərrəmov küçəsi 68a mənzil 49 ünvanında yerləşən 3 otaqlı mənzil təmir edilib.

“Qafqazinfo” xəbər verir ki, RİH başçısı mənzilə baxış keçirərək mənzilin təmirdən sonrakı vəziyyəti ilə tanış olub.

Bu günə qədər rayon ərazisində yaşayan 6 şəhid ailəsinin mənzili təmir edilib.