Nəsimi rayonunda Səhiyyə Günü ilə bağlı videomüşavirə - Foto

nesimi-rayonunda-sehiyye-gunu-ile-bagli-videomusavire
Oxunma sayı: 989

Nəsimi rayonunda Səhiyyə İşçiləri Günü münasibəti ilə videomüşavirə keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, səhiyyə müəssisələri rəhbərlərinin iştirakı ilə keçirilən videomüşavirəni RİH başçısı Asif Əsgərov açaraq səhiyyə işçilərini peşə bayramları günü münasibətilə təbrik edib, onlara ən xoş arzularını bildirərək çətin və şərəfli işlərində uğurlar arzulayıb: “Ümummilli Lider Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişi ilə 1970-1980-ci illərdə Azərbaycanda yüzlərlə iri səhiyyə obyektləri inşa olundu. Həmin illərdən başlayaraq səhiyyədə ciddi inkişaf dövrü başlandı. Səhiyyəni cəmiyyət və dövlət həyatında ən mühüm sahə kimi qiymətləndirən Ulu öndər Heydər Əliyev ikinci dəfə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra da tibb sahəsində bir sıra islahatlar həyata keçirildi. Ümummilli lider Heydər Əliyevin 2001-ci ildə imzaladığı Sərəncamla Səhiyyə İşçiləri Gününün təsis edilməsi onun həkimlik sənətinə münasibətini, tibb işçilərinin zəhmətinə yüksək dəyər verdiyini göstərir. İndi səhiyyəmizin hər ili, hər ayı irəliləyişlə, yeni-yeni uğurlarla yadda qalır”.

Müşavirədə koronavirus COVİD-19 pandemiyası ilə mübarizədə Azərbaycan həkimlərinin, o cümlədən rayon ərazisində fəaliyyət göstərən səhiyyə müəssisələrində çalışan tibb işçilərinin fədakarlığı xüsusi vurğulanıb.

O, Prezident İlham Əliyevin Sərəncamları ilə “Əməkdar həkim” fəxri adlarına layiq görülmüş - Abbasova Nəzakət Salah qızını, Tağıyeva Ziyafət Teymur qızını, Əsədov Çingiz Daşdəmir oğlunu və “Tərəqqi” medalı ilə təltif edilmiş Əliyeva Nərgiz Rafiq qızını təbrik edərək onlara gələcək fəaliyyətlərində yeni uğurlar və nailiyyətlər arzulayıb.