Nəsimi rayonunda Soyqırım Günü qeyd edilib - Fotolar

nesimi-rayonunda-soyqirim-gunu-qeyd-edilib
Oxunma sayı: 753

Tarixi həqiqətlərin daha yaxından öyrənilməsi, vaxtilə mənfur qonşularımız və onların havadarları tərəfindən törədilər fəlakətlərin faktlarla gənclərə çatdırılması məqsədilə Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən ali məktəbdə təhsil alan gənclərin və rayonun orta məktəblərində oxuyan yuxarı sinif şagirdlərinin Hərbi Prokurorluğun inzibati binasında yaradılmış Memorial Soyqırım Muzeyinə ekskursiyası təşkil olunub.

“Qafqazinfo” xəbər verir ki, muzeylə tanışlıq zamanı bildirilib ki, Azərbaycanın müstəqil bir dövlət kimi mövcudluğunun təhlükə qarşısında qaldığı bir dövrdə də Ermənistanın işğalçılıq siyasəti nəticəsində erməni millətçiləri azərbaycanlılara qarşı müntəzəm olaraq etnik təmizləmə və soyqırımının beynəlxalq aləmdə tanınması, Xocalı faciəsi və ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş digər cinayətlər haqqında tarixi ədalətin bərpa olunması, erməni cinayətkarlarının ədalət mühakiməsinə cəlb olunması və həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində Ümummmilli lider Heydər Əliyevin əvəzsiz rolu olub.

Son illərdə erməni yalanlarının dünyada ifşa olunması istiqamətində Azərbaycan tərəfindən həyata keçirilən məqsədyönlü fəaliyyət daha da güclənib, ermənilərə qarşı ideoloji mübarizə daha effektiv xarakter alıb. Prezident İlham Əliyev tərəfindən Azərbaycanın milli problemlərinin beynəlxalq səviyyədə qaldırılması, erməni vandalizminin ifşası istiqamətindəki əzmkar və qətiyyətli addımların atılması prinsipiallıqla davam etdirilir. Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən mühüm və əhəmiyyətli işlər, iri miqyaslı layihələr həyata keçirir. Fondun vitse prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” aksiyaları bu soyqırım barədə həqiqətlərin dünya xalqlarına çatdırılmasında mühüm əhəmiyyət kəsb edib.

Yeniyetmə və gənclər muzeyin ekspozisiyası, burada nümayiş etdirilən tarixi sənədlər, foto və video materiallar, xalqımıza qarşı törədilmiş soyqırımı, deportasiya, hərbi cinayətlər barədə xarici və yerli müəlliflərin kitablarından ibarət zəngin fondla yaxından tanış olub, videoçarxlara tamaşa ediblər.