Nəsimi rayonunda Tibb İşçilərinin Peşə Bayramı münasibəti ilə video-müşavirə keçirilib.
Rayonda yerləşən səhiyyə müəssisələri rəhbərlərinin iştirakı ilə keçirilən video müşavirəni RİH başçısı Asif Əsgərov açaraq səhiyyə işçilərini peşə bayramları günü münasibətilə təbrik edib, onlara ən xoş arzularını bildirərək çətin və şərəfli işlərində uğurlar arzulayıb:
"Ümummilli lider Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişi ilə 1970-1980-ci illərdə Azərbaycanda yüzlərlə iri səhiyyə obyektləri inşa olunub. Həmin illərdən başlayaraq səhiyyədə ciddi inkişaf dövrü başlanıb. Səhiyyəni cəmiyyət və dövlət həyatında ən mühüm sahə kimi qiymətləndirən Ulu öndər Heydər Əliyev ikinci dəfə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra da tibb sahəsində bir sıra islahatlar həyata keçirildi".
Müşavirədə dünyanı bürümüş COVİD-19 pandemiyası ilə mübarizədə Azərbaycan həkimlərinin, o cümlədən rayon ərazisində fəaliyyət göstərən səhiyyə müəssisələrində çalışan tibb işçilərinin fədakarlığı xüsusi vurğulanıb.




Son xəbərlər
Son Xəbərlər