1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq rayon ərazisində yerləşən “KOALA PARK” Uşaq İstirahət Əyləncə Mərkəzində 1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə şəhid və qazi uşaqlarının iştirakı ilə tədbir keçirilib.
Uşaqlar 2 saylı Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirdləri ilə süfrə ətrafında şeirlər, mahnılar ifa edib, müxtəlif oyun elementlərindən istifadə edərək əyləniblər.
Tədbirin sonunda onlara müxtəlif hədiyyələr təqdim olunub.
Keçirilən silsilə tədbirlərin davamı olaraq rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə rayon ərazisində yerləşən valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün nəzərdə tutulmuş 1 nömrəli Körpələr Evində olub və orada yaşayan körpələrə müxtəlif ərzaq və hədiyyələr təqdim ediblər.






Son xəbərlər
Son Xəbərlər