Nəsimi rayonunda yaşlılara bağlamalar çatdırılır - Foto

nesimi-rayonunda-yaslilara-baglamalar-catdirilir
Oxunma sayı: 907

Nəsimi rayonunda 65 yaşdan yuxarı sakinlərə ərzaq bağlamalarının çatdırılması işləri davam etdirilir.

“Qafqazinfo” xəbər verir ki, koronavirus epidemiyasının Azərbaycanda törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə tədbiq edilən karantin rejimi ilə əlaqədar RİH-tərəfindən rayon ərazisində yaşayan 65 yaşdan yuxarı tənha sakinlər ilə əlaqə saxlanılaraq onların problemləri və ehtiyacları öyrənilir.

Həmin kateqoriyadan olan 100 nəfər tənha sakinlərə RİH tərəfindən müxtəlif çeşidli ərzaq bağlamaları çatdırılmış, operativ qərargahın telefon nömrələri onlara verilmişdir.

Həmin ailələr mütəmadi olaraq RİH əməkdaşları tərəfindən nəzarətdə saxlanılır.