Nəsimi rayonunun bəzi ərazilərində su kəsilib

nesimi-rayonunun-bezi-erazilerinde-su-kesilib
Oxunma sayı: 1853

Nəsimi rayonu 1-5-ci mikrorayonlara içməli su verilməsində məhdudiyyətlər yaranıb.

Bu barədə “Azərsu” ASC-dən “Qafqazinfo”ya məlumat verilib. Bildirilir ki, buna səbəb magistral su kəmərində baş vermiş qəzadır.

Hazırda qəzanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir.