Nəsimidə 2 “Abad həyət” sakinlərin ixtiyarına verildi

nesimide-2-abad-heyet-sakinlerin-ixtiyarina-verildi
Oxunma sayı: 755

15 iyun- Qurtuluş günü  ərəfəsində  Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən H.Seyidzadə küçəsi 29 və 9 ünvanlarında  2 ha –dan artıq sahədən ibarət   2 “Abad həyət”  Nəsimi rayon sakinlərinin ixtiyarına verilib. 

İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, bu ünvanlarda  4 bloklu, 60 mənzilli,  beşmərtəbəli 2 binanın fasadı, dam örtüyü və zirzəmiləri əsaslı təmir edilmiş, binanın  blok girişləri, blok qapıları və pəncərələri yenilənib. Yaşıllaşdırma işləri aparılıb və həyətə gül-çiçək  əkilib. Sakinlərin asudə vaxtlarının səmərəli keçirilməsi, istirahətləri üçün söhbətgah quraşdırılıb. 

Sakinlərlə görüşdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva bildirib ki,  bu gün ölkə prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf siyasəti Nəsimi rayonunda da uğurla davam etdirilir. Gülarə Verdiyeva  qeyd edib ki, bu istiqamətdə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən son 3 ay ərzində rayonun müxtəlif ünvanlarında 15 “Abad həyət” sakinlərin istifadəsinə verilib. 

Hal-hazırda Nəsimi rayonunun  ayrı-ayrı ünvanlarında 13  yüksəkmərtəbəli binaların fasadlarında əsaslı təmir işləri  və binaların həyətlərində abadlıq, quruculuq,  yenidənqurma və yaşıllaşdırma işləri davam etdirilir.