Nəsimidə 2 mindən artıq ailəyə qurban payı verildi - Fotolar

nesimide-2-minden-artiq-aileye-qurban-payi-verildi
Oxunma sayı: 1397

Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayondakı idarə və təşkilatlar, iş adamları, ayrı-ayrı xeyriyyəçilər tərəfindən əziz bayram münasibəti ilə qurbanlar kəsilməsi və rayonda yaşayan az təminatlı ailələrə paylanılması münasibətilə silsilə tədbirlər təşkil olunub.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin rəhbəri Asif Əsgərov müqəddəs Qurban Bayramı münasibəti ilə hər kəsi təbrik edərək bu günlərdə ehtiyacı olan hər bir vətəndaşa köməklik edilməsinin əhəmiyyətini qeyd edib.

Bundan əlavə, tədbirdə iştirak edənlər sosial qayğıya ehtiyacı olan ailələrə dövlət tərəfindən göstərilən qayğıya görə Azərbaycanın bu günkü sabitliyi, inkişafı və qüdrətlənməsi yolunda yorulmadan çalışan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblə. 

Tədbirin sonunda iki mindən artıq ailəyə qurban payları verilib.