Nəsimidə 50 mindən artıq ağac və gül əkilib - Fotolar

nesimide-50-minden-artiq-agac-ve-gul-ekilib
Oxunma sayı: 1531

Nəsimi rayonunda Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibəti ilə ümumrayon iməciliyi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, iməcilik zamanı rayonun ayrı-ayrı ərazilərində, mikrorayonlarda, mövcud park və bağlarda, yaşıllıq zolaqlarında 5000-dən artıq müxtəlif növdən olan həmişəyaşıl ağaclar əkilib.

Həmçinin, 4-cü mikrorayon ərazisində yerləşən Mir Cəlal parkında, Asif   Məhərrəmov küçəsindəki parkda, Vaqif  prospekti boyunca 50 mindən artıq gül əkilib, mövcud yaşıllıqlara qulluq göstərilmiş, məhəllələrdə abadlıq və təmizlik işləri aparılıb.

Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Aparatının kollektivi, idarə və müəssisələrin nümayəndələri iştirak ediblər.