Nəsimi rayonunda abadlıq quruculuq işləri çərçivəsində H.Seyidzadə küçəsi 2, 5, 15, 35, 37 ünvanlarında geniş abadlıq işləri aparılıb, çoxsaylı binaların fasadları əsaslı təmir olunub, binaların blok girişləri, blok qapıları və pəncərələri yenilənib və “Abad həyət” salınıb.
Rayon İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, Novruz bayramı ərəfəsində “Abad həyət” Nəsimi rayon sakinlərinin istifadəsinə verilib. Nəsimi rayon İcra Hakimiyyətinin başçısı həmin ünvanda səyyar qəbul keçirib. Qəbulda 200 nəfərdən çox yaxın ətrafda yaşayan sakinlər iştirak edib. Sakinlərə ölkə başçısının səyləri nəticəsində əhalinin rifahının daha da artırılması, aparılan geniş abadlıq-quruculuq işləri, həmçinin Nəsimi rayonunda görülən işlər barədə məlumatlar verilib, sakinlərin müraciətləri dinlənilib. Sakinlər dam örtüyünün təmir olunması, binanın zirzəmisinə su yığılması, həyətin işıqlandırılması, istilik təchizatının yaxşılaşdırılması, mənzil növbəsi ilə bağlı RİH Başçısına müraciətlər ediblər.
Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilib.


Son xəbərlər
Son Xəbərlər