Nəsimidə Anım Günü ilə bağlı tədbirlər keçirildi - Fotolar

nesimide-anim-gunu-ile-bagli-tedbirler-kecirildi
Oxunma sayı: 1404

27 sentyabr – Anım Günü münasibətilə Nəsimi rayonunda bir sıra silsilə tədbirlər keçirilib. “Qafqazinfo” xəbər verir ki, RİH-nin rəhbərliyi və məsul əməkdaşları tərəfindən şəhid ailələri ziyarət olunub, onlara maddi yardım və ərzaq bağlamaları çatdırılıb.

Anım günü Rayon İcra Hakimiyyətinin rəhbərliyi, məsul əməkdaşları, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər, rayon Bələdiyyəsinin, Rayon İctimayyəti nümayəndələri və rayon gəncləri 2 saylı Fəxri və Şəhidər Xiyabanında olaraq rayon şəhidlərinin məzalarını ziyarət etmiş, öz ehtiramlarını bildirib.

Sonra rayonun Cavadxan küçəsində müxtəlif növ 200-dən artıq ağac əkilmiş, ayrı-ayrı ünvanlarda 2000-dən artıq ağaca aqrotexniki qulluq göstərilib.

Keçirilən tədbirlərin davamı olaraq Nizami Kino Mərkəzində Anım Günü münasibətilə rayon İcra Hakimiyyəti və YAP rayon Təşkilatının birgə təşkilatçılığı ilə “Şəhadət yolçuları” sənədli filminin və “Əbədiyyət yolu” kitabının təqdimatı keçirilib.

Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov qeyd edib ki, Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur:

“Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərini müharibə əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir. Müstəqil Azərbaycanımızın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə Nəsimi rayonunda daim yüksək həssaslıqla yanaşılır, diqqət və qayğı göstərilir”.

Çıxışının sonunda A.Əsgərov Ümrə ziyarətinə yola salınacaq 10 şəhid anasına müvafiq sənədləri təqdim edərək xoş arzularını çatdırıb.

Tədbirin sonunda “Şəhadət yolçuları” filminin və “Əbədiyyət yolu” kitabının təqdimatı olub.