Nəsimidə aprel döyüşlərinin şəhidləri yad edildi

nesimide-aprel-doyuslerinin-sehidleri-yad-edildi
Oxunma sayı: 973

Aprel ayının 2-də Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri İctimai Birliyi Nəsimi rayon şöbəsi  2016-cı ilin Aprel döyüşlərinin növbəti  ildönümü münasibəti ilə tədbir keçirib. 

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Müdafiə Nazirliyinin və Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə hazırlanan  “Azərbaycan əsgəri” mahnısı və klipi tədbir iştirakçılarına  təqdim olunub. 

İctimai birliyinin rayon şöbəsinin sədri Azər Quliyev  Vətən ovladlarının torpaqlarımızın  müdafiəsi uğrunda göstərdikləri qəhrəmanlıq və şücaətlərindən danışıb. Bildirib ki, 2016-cı ilin aprel döyüşlərinin baş verdiyi hər bir gün hamımız üçün böyük bir sınaq günləri olub. Həmin günlər Milli Ordumuzun əsgərləri  doğma Vətən torpaqlarının hər bir qarışının bizlər üçün nə qədər əziz olduğunu öz canları və qanları hesabına bir daha sübut etdilər. 

Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva tədbirdə çıxış edərək bildirib  ki, aprel döyüşlərində qazanılan qələbədə gənclərin yüksək vətənpərvərlik nümayiş etdirməsi ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətinin tərkib hissəsidir. 

Qeyd edilib ki, rayonun orta və ali məktəblərində, xüsusilə tarix və ədəbiyyat dərslərində aprel döyüşlərindən geniş bəhs edirlər.