Nəsimidə “Azərbaycanın taleyini dəyişən zəfər tarixi” adlı tədbir keçirilib

nesimide-azerbaycanin-taleyini-deyisen-zefer-tarixi-adli-tedbir-kecirilib
Oxunma sayı: 820

Nəsimi Rayon İcra Hakimiyyətinin və Azərbaycan Dövlət Neft Sənaye Universitetinin (ADNSU) birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Günü münasibətilə “Azərbaycanın taleyini dəyişən zəfər tarixi” adlı tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə millət vəkilləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və gənclər iştirak ediblər.

ADNSU-nun rektoru Mustafa Babanlı qeyd edib ki, Milli qurtuluşun banisi, böyük xilaskarlıq missiyasını bacarıqla həyata keçirmiş Heydər Əliyev müstəqillik və milli dövlətçilik ideyalarını dünyada gedən proseslərə, ölkənin reallıqlarına uyğun şəkildə yaradıcılıqla inkişaf etdirərək böyük sabahlara doğru qətiyyətlə addımladı.

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 1993-cü ilin may-iyun aylarında Azərbaycanda yaranmış kəskin ictimai-siyasi vəziyyət və kriminal şəraitin ölkəni iflic vəziyyətə salmasından danışaraq, həmin dövrdə vəziyyətin son dərəcədə təhlükəli xarakter aldığını, ciddi siyasi hakimiyyət böhranının yarandığını, ölkənin fəlakət qarşısında qaldığını bildirib.

Xalqını sonsuz məhəbbətlə sevən Ümummilli liderimiz Heydər Əliyev bütün həyatını, zəngin dövlətçilik, təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə, onun inkişaf etmiş sivil dövlətlər səviyyəsinə yüksəlməsinə həsr etmişdir.

Tədbir tanınmış incəsənət ustalarının, universitetin rəqs qrupunun və Musiqi Kollecinin tələbələrinin ifasında konsert proqramı ilə davam edib.