Ölkə prezidentinin tapşırığına uyğun olaraq 2017-cı il fevral ayının 15-dən Nəsimi rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi tədbirləri başlayıb.
İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən aidiyyatı qurumların nümayəndələrindən ibarət müvafiq komissiya yaradılıb, həyata keçiriləcək tədbirlərin kollektivlər və ərazilər nəzərə alınmaqla xususi qrafiklər tərtib olunub. Müvafiq qurumların da cəlb olunması ilə rayonda əhali arasında təşkilati-izahat işləri davam etdirilir.
Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva bildirib ki, rayonda tibbi müayinənin keçirilməsi üçün işlər İcra Hakimiyyəti tərəfindən gündəlik nəzarətdə saxlanılır. Əhalinin tibbi müayinə tədbirləri ilə bağlı bütün poliklinikar lazımi dərman preparatları ilə təchiz olunub, burada həkimlərdən ibarət səyyar briqadalar yaradılıb.
Poliklinikalarda əhalinin tibbi müayinəsi zamanı vətəndaşlarda aşkar edilmiş xəstəliklərlə bağlı ambulator və stasionar müalicələr təyin edilir. Nəsimi rayon İcra Hakimiyyətinin müraciətinə əsasən aşkar edilmiş xəstəliklərlə bağlı 30 nəfər aztəminatlı rayon sakininin üzərində Kliniki Tibbi Mərkəzdə daxili orqanlarla bağlı cərrahiyyə əməliyyatları aparılıb. Keçirilən əməliyyatlardan sonra xəstələr özlərini gümrah hiss edirlər.

Son xəbərlər
Son Xəbərlər