Nəsimidə Əlillər Günü münasibətilə tədbir keçirildi - Fotolar

nesimide-eliller-gunu-munasibetile-tedbir-kecirildi
Oxunma sayı: 1500

3 dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində yerləşən “Olimpik Star” idman və əyləncə mərkəzində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və Nəsimi rayonunda yerləşən 268 nömrəli Xüsusi məktəbin şagirdləri iştirak ediblər.

Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva bildirib ki, Birləşmiş Millətlər Təşkilatı tərəfindən bütün dünyada keçirilən Beynəlxalq Əlillər Günü Ümummilli liderimiz Heydər Əliyevin sərəncamı ilə 1994-cü ildən Azərbaycanda da qeyd edilir: “Ölkəmizdə sosial qayğıya ehtiyacı olan bütün insanlar kimi əlillər də daim dövlətin qayğısı ilə əhatə olunmuş və onların bütün problemlərinin həlli həmişə diqqət mərkəzində saxlanılır. Əlillərin sosial vəziyyətinin yaxşılaşdırılması, onların cəmiyyətimizdə bərabərhüquqlu üzv kimi yaşaması üçün zəruri tədbirlər həyata keçirilir. Xüsusi qayğıya ehtiyacı olan bütün vətəndaşlar kimi, əlillərin də rifahının yaxşılaşdırılması, onların problemlərinin həlli Prezident İlham Əliyevin daim diqqət yetirdiyi məsələlərdəndir”.

Tədbirdə 268 saylı Xüsusi məktəbdə təhsil alan uşaqlara hədiyyələr və ərzaq bağlamaları verilib.