Nəsimidə “Heydər Əliyev ili” çərçivəsində toplantı keçirildi - Fotolar

nesimide-heyder-eliyev-ili-cercivesinde-toplanti-kecirildi
Oxunma sayı: 1779

Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və “Xalq qəzeti ilə birgə Nəsimi rayon İcra Hakimiyyətində “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda tanınmış jurnalistlərin və ziyalıların iştirakı ilə toplantı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, toplantıda Rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov, Yeni Azərbaycan Partiyasının Nəsimi rayon Təşkilatının sədri Azər Süleymanov, "Xalq qəzeti"nin baş redaktoru, əməkdar jurnalist Əflatun Amaşov, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, fəlsəfə doktoru Alqış Musayev, "İki sahil" qəzetinin baş redaktoru, əməkdar jurnalist Vüqar Rəhimzadə, "Bakı-Xəbər" qəzetinin baş redaktoru, əməkdar jurnalist Aydın Quliyev rayon ictimaiyyəti və rayon gəncləri iştirak edib.

Ümummilli lider Heydər Əliyevin həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub.

Ümummlli liderin əziz xatirəsi və torpaqlarımzın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Konfransı giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov qonaqları salamlamış və bildirib ki, ötən dövrdə zəngin və şərəfli yol keçən Azərbaycan mətbuatı indi özünün yüksəliş mərhələsini yaşayır: “Bu yeni inkişaf dövrünün təməlini qoyan ulu öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin sərəncamı ilə 2023-cü ilin "Heydər Əliyev İli" elan olunması Ulu Öndərimizin əziz xatirəsinə ehtiramın ali nümunəsidir.

"Heydər Əliyev İli" çərçivəsində keçirilən hər bir tədbir əbədiyaşar Öndərimizin siyasi fəaliyyətinin hər bir mərhələsinə bir daha nəzər salınması, onun ideyalarının təbliği və gənc nəsillərə ötürülməsi baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. "Heydər Əliyev İli" peşəsindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının Ulu Öndərin müqəddəs mənəvi varlığı və müstəqil dövlətçiliyimiz qarşısında hesabat ili olacaq. 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi hər bir jurnalistin də ürəyincə olan siyasi hadisədir. Çünki Azərbaycanda sağlam və peşəkar mətbuatın formalaşmasında Heydər Əliyevin əvəzsiz xidmətləri olub”.

Tədbirin sonunda xatirə şəkilləri çəkilib.