Nəsimidə Heydər Əliyevin 100 illiyinə həsr olunan konsert keçirildi - Fotolar

nesimide-heyder-eliyevin-100-illiyine-hesr-olunan-konsert-kecirildi
Oxunma sayı: 1471

Nəsimi rayonunda ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan konsert və atəşfəşanlıq keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin, YAP Nəsimi Rayon Təşkilatının rəhbərliyi, rayondan seçilmiş millət vəkilləri, səhiyyə, təhsil müəssisələrinin, rayonun idarə və təşkilatlarının rəhbərləri, şəhid ailələri, müharibə əlilləri, QHT-lərin rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və rayon gəncləri iştirak ediblər.

Tədbirdə bildirilib ki, Heydər Əliyev Azərbaycan siyasi səhnəsinin birinci şəxsi kimi fəaliyyətə başlaması və onun ölkə həyatına gətirdiyi əzəmətli inkişaf tendensiyası dahi şəxsiyyətlərin tarixin gedişində həlledici rol oynadıqlarını sübuta yetirmək üçün ən tutarlı nümunədir.

Sonda şair Zahid Əzizin ulu öndər Heydər Əliyevə həsr edilmiş şeiri ifa olunub və tədbir atəşfəşanlıqla başa çatıb.