Nəsimidə imkansız ailələrə bayram sovqatı paylandı

nesimide-imkansiz-ailelere-bayram-sovqati-paylandi
Oxunma sayı: 713

Novruz bayramının Nəsimi rayonunda təntənəli və yaddaqalan olması ilə bağlı RİH tərəfindən müvafiq tədbirlər planı hazırlanıb və onun icrası müvəffəqiyyətlə həyata keçirilir.

"Qafqazinfo"ya daxil olan məlumata görə, bayram ərəfəsində rayonda geniş abadlıq quruculuq işləri, o cümlədən qəsəbələrdə, istirahət parkları, həyətlər, küçələrdə təmizlik işləri, hər yerdə göz oxşayan bayram tərtibatı aparılıb, orta və məktəbəqədər təhsil müəssisələrində baharın gəlişinə həsr olunmuş tədbirlər, rayonun qəsəbə mədəniyyət evləri, digər mədəniyyət ocaqlarında bayram tamaşaları hazırlanıb.

Novruz bayramına həsr olunmuş tədbirlər çərçivəsində rayonda yaşayan şəhid, əlil, veteran, kimsəsiz və aztəminatlı ailələr, məcburi köçkünlərə qayğı diqqət mərkəzində saxlanılıb. Bu qəbildən olan ailələrin bayrama hazırlıq işlərində Nəsimi rayon İcra Hakimiyyəti ilə yanaşı rayonda yerləşən idarə və təşkilatlar, bələdiyyələr, xüsusilə də ənənəvi olaraq belə xoş məramlı tədbirlərdə yaxından iştirak edən iş adamları, ayrı-ayrı xeyriyyəçilər tərəfindən əziz bayram münasibəti ilə rayonda yaşayan aztminatlı ailələr üçün zəruri ərzaqlardan ibarət bağlamalar təşkil olunub.

Novruz Bayramı ilə əlaqədar rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə hazırlanmış ərzaq bağlamaları ilk növbədə yardıma ehtiyacı olan ailələrə – şəhid, əlil, ərazidə yerləşən yataqxanada kompakt məskunlaşmış məcburi köçkün ailələri, tənha, kimsəsiz və s. aztəminatlı ailələrin üzvləri üçün nəzərdə tutulub və növbəti 2 gün ərzində ümumilikdə 2000-dən çox ailəyə təqdim olunacaq.