Nəsimidə “Kanadanın tarixi və ənənələri” adlı tədbir keçirildi - Fotolar

nesimide-kanadanin-tarixi-ve-eneneleri-adli-tedbir-kecirildi
Oxunma sayı: 1052

Nəsimi rayonu Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbdə OCEP-2022 lahiyəsi çərçivəsində “Kanadanın tarixi və ənənələri” adlı tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov və məktəbin pedaqoji kollektivi iştirak edib.

Sərgidə məktəbin şagirdləri tərəfindən hazırlanan Kanadanın tarixi adət-ənənələrinin əks etdirən sərgi, milli mətbəxi nümayiş olunub.

Sonra hər iki dövlətin himni səsləndirilmiş, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Nəsimi rayon İcra Hakimiyyətinin Asif Əsgərov çıxış edərək bildirib ki, Proqramın əsas məqsədi Avropa Olimpiya Komitəsinə üzv ölkələrin gəncləri arasında mədəniyyət və idmanı, həmçinin Olimpiya hərəkatını təşviq etməkdir. Ölkə Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan nüfuzlu beynəlxalq idman yarışlarının yüksək səviyyədə təşkil edildiyi ölkə kimi tanınır.

“Təhsil, Gənclər və İdman nazirliklərinin və Milli Olimpiya Komitəsinin birgə tərəfdaşlığı ilə bir sıra layihələrin uğurla həyata keçirilir, belə layihələrin məktəblilərdə sağlam həyat tərzinin formalaşmasında, idmanda kütləviliyin təmin olunmasında, istedadlı uşaqların üzə çıxarılmasında müsbət rol oynayır”.

Daha sonra tədbir bədii-musiqili hissə ilə davam edib.