Nəsimidə kəsilən ağacların yerində 60 yeni ağac əkildi - Fotolar

nesimide-kesilen-agaclarin-yerinde-60-yeni-agac-ekildi
Oxunma sayı: 2578

Xəbər verdiyimiz kimi, bu gün gecə saat 03:04 radələrində Nəsimi rayonu, Moskva prospekti 74 ünvanın qarşısında yol kənarında naməlum şəxslər tərəfindən qanunsuz olaraq 10 ədəd ağacın kəsilməsi aşkarlanıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, məsələ ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi dərhal hərəkətə keçib.

Qurum tərəfindən həmin ərazidə 60 ədəd yeni ağac əkilib.

Xatırladaq ki, səhər saatlarında kəsilmiş ağacların 99- GL-041 dövlət nömrə nişanlı “Mersedes” markalı yük avtomobilinə yığılaraq naməlum istiqamətdə daşındığı müəyyən edilib. Törədilmiş qanunsuzluqların araşdırılaraq ciddi tədbir görülməsi məqsədilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Rayon Prokuroruna və Rayon Polis İdarəsinə müraciət edilib, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və digər qurumlara məlumat verilib.