Prezident İlham Əliyevin koronavirus pandemiyasının yayıldığı ilk günlərdə könüllülərin vətəndaşlara dəstəyi üçün çağırışına cavab olaraq Nəsimi rayon gəncləri və tələbələri “Biz birlikdə güclüyük” şüarı altında birləşərək, koronavirus pandemiyası dövründə sosial aksiyalara, kompaniyalara, layihələrə dəstək verərək birlik nümayiş etdiriblər.
“Qafqazinfo” xəbər verir ki, rayon könüllülərinin iştirakı ilə bir çox layihələr həyata keçirilməyə başlanılıb. “Maskadan istifadə et” və “sosial məsafə gözlə”, “bir-birimizi qoruyaq!”, “böyüklərimizi qoruyaq” devizləri altında sosial maarifləndirmə aksiyaları keçirilib. “Bir-birimizi qoruyaq” və “Böyüklərimizi qoruyaq” devizi altında rayon könüllüləri çalışıb və eyni zamanda tənha və yaşlı insanlara İcra Hakimiyyətinin dəstəyi ilə yardımlar aparıblar. Rayon yaşlılarının istək və arzularını həyata keçirməyə çalışırlar.
Bildiyimiz kimi, respublikamızda koronavirusla mübarizə tədbirlərinin nisbətən yumşaldılması gözlənilir. Çox vaxt vətəndaşlar zərurət olmadan kütləvi şəkildə iri ticarət mərkəzlərinə, istirahət üçün kafe və restoranlara, parklara və mərkəzi küçələrə üz tuturlar. Könüllülər tərəfindən başladılan aksiyanın məqsədi vətəndaşları sosial məsuliyyət nümayiş etdirməyə dəvət etmək üçün maarifləndirmə işlərinin daha da genişləndirilməsi, bu istiqamətdə görülən işlərə könüllü dəstəyi göstərərək yoluxma sayının minimuma endirilməsindən ibarətdir.
Belə ki, könüllülər yuxarıda adları qeyd olunan yerlərdə, xüsusilə də qapalı məkanlarda insanlar arasında şifahi şəkildə maarifləndirmə apararaq və bukletlər paylayaraq sosial məsafənin qorunması, maskadan istifadənin önəmi barədə məlumat verirlər və bu aksiyanı davam etdirirlər. Onlar vətəndaşları sadə preventiv qaydalara əməl etməklə özlərinin və sevdiklərinin sağlamlığını qorumağa çağırırlar.
Gənclərin potensialından daha da səmərəli istifadə etmək, cəmiyyətin bütün yerlərində gənclərin fəal iştirakına şarait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, insanlarla ünsiyyətin formalaşmasını təmin etmək və könüllülük hərakatının inkişaf etdirilməsi məqsədi ilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən müxtəlif tədbirlər davam etdirilir.
Həmçinin, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə uyğun olaraq Nəsimi rayonunda karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara əməl olunması istiqamətində zəruri tədbirlər görülür. Elan olunmuş karantin rejimi dövründə yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərə və aztəminatlı ailələrə dəstək olmaq məqsədilə rayonda başlanılmış sosial aksiyalar davam etdirilir.
Aksiya çərçivəsində icra hakimiyyətinin əməkdaşları tərəfindən qeyd olunan həssas kateqoriyadan olan ailələlərə ərzaq məhsullarından ibarət sovqatlar paylanılır, eləcə də onlara infeksiyadan qorunmaq üçün şəxsi gigiyena qaydaları və sosial təcridolmanın vacibliyi barədə məlumatlar verilir, digər şəxslərlə minimum kontaktda olmaq, qoruyucu tibbi maskadan mütləq qaydada istifadə etmək, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini saxlamaq tövsiyyə olunur.
Göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıq bildirən vətəndaşlar elan olunmuş xüsusi karantin rejimi dövründə hər kəsi dövlətin pandemiya ilə mübarizədə həyata keçirdiyi tədbirlərə dəstək verməyə çağırıblar.




Son xəbərlər
Son Xəbərlər