Nəsimidə Mətbuat Günü ilə bağlı görüş keçirilib - Fotolar

Nəsimidə  Mətbuat Günü ilə bağlı görüş keçirilib
Oxunma sayı: 597

Nəsimi rayon İcra Hakimiyyətində Milli Mətbuatın 146 illiyi ilə əlaqədar qəzet və elektron informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə tədbir-görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, görüşü giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov qonaqları salamlayaraq bildirib ki, 146 illiyini qeyd etdiyimiz Azərbaycan Milli Mətbuatı böyük və şərəfli inkişaf yolu keçmiş, bütün dövrlərdə qabaqcıl ideyaların carçısı olub:

“Mətbuatımız mütərəqqi ənənələri formalaşdıraraq cəmiyyət qarşısında üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirib. Azərbaycan milli mətbuatı bütün dövrlərdə həqiqət carçısı olub, cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirmiş, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynayıb”.

“Yeni Azərbaycan”qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu, “Xalq Qəzeti” nin baş redaktoru Həsən Həsənov, “Səs”qəzetinin baş reredaktoru Bəhruz Quliyev çıxış edərək milli mətbuatımızın zəngin və şərəfli yoluna nəzər salıb, Azərbaycan müstəqillik əldə etdikdən sonra mətbuat sahəsində əldə olunan uğurlardan danışıb, mətbuat işçilərinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezident İlham Əliyevə mətbuat işçiləri adından minnətdarlıqlarını bildiriblər. .

Tədbirin sonunda Milli Mətbuat günü münasibətilə KİV nümayəndələrinə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim olunub.