Nəsimi İcra Hakimiyyəti tərəfindən bu ilin iyul ayında səyyar qəbulların keçirilməsi, vətəndaşların qaldırdıqları məsələlərin operativ həll olunması istiqamətində məqsədyönlü tədbirlər davam etdirilib.
“Qafqazinfo” xəbər verir ki, rayonda 2019-cu ilin iyun ayı ərzində 4 səyyar qəbul keçirilib, 650-dən artıq sakinin iştirak etdiyi qəbullarda 24 müraciət dinlənilib.
Qaldırılan məsələlərin əksəriyyəti həllini tapıb, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün aidiyyatı idarə və müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilib, digər məsələlərlə bağlı vətəndaşlarla geniş izahat işi aparılıb.
Vətəndaşların müraciətləri əsasən yeniyetmələrin və gənclərin yay istirahətinin səmərəli təşkili, mənzil şəraitinin yaxşılaşdırılması, qəzalı və istismar müddəti bitmiş yaşayış evlərinin, köhnə məhəllələrin sökülərək yenilərinin tikilməsi, həyətlərin abadlaşdırılması, dam örtüklərinin təmiri və istifadəsiz su çənlərinin yığışdırılması, və s. məsələlərlə bağlı olub.




Son xəbərlər
Son Xəbərlər