Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən bu gün 20 saylı şəhər poliklinikasında rayon ictimaiyyətinin iştirakı ilə humanitar qanvermə aksiyası keçirilib.
“Qafqazinfo” xəbər verir ki, qanvermə aksiyası B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitunun Mərkəzi qan bankının xüsusi tibb briqadasının iştirakı ilə talassemiya və digər irsi xəstəliklərdən əziyyət çəkənlərə dəstək olaraq keçirilib.
Qanvermə aksiyasında Nəsimi rayonu ərazisində yerləşən idarə və təşkilatların, orta təhsil müəssisələrinin kollektivləri,ümumiyyətlə, 500-dən çox könüllü iştirak etdiblər. Aksiyada yüksək fəallıqla iştirak edən donorlar qanvermənin xeyirxah və savab iş olduğunu bildirərək, bu aksiyalarda iştirak etmənin hər bir kəsin vətəndaşlıq borcu olduğunu bildiriblər.




Son xəbərlər
Son Xəbərlər