Nəsimidə şəhid və müharibə iştirakçılarının ailələri ziyarət olundu - Fotolar

nesimide-sehid-ve-muharibe-istirakcilarinin-aileleri-ziyaret-olundu
Oxunma sayı: 991

Dünya müsəlmanlarının ən əziz bayramlarından olan Ramazan bayramının qeyd olunması münasibətilə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı və RİH nümayəndələri Vətən müharibəsi şəhidlərinin və müharibə iştirakçılarının ailələrini ziyarət ediblər. 

“Qafqazinfo” xəbər verir ki, eyni zamanda bütün bayramlaqda olduğu kimi bu bayramda da rayon ərazisində yaşayan 1000-dən artıq imtiyazlı və az təminatlı ailələrə bayram sovqatı təqdim olunub.

Şəhid və müharibə iştirakçılarının ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.