Nəsimidə şəhidin ailəsinin yaşadığı həyət abadlaşdırıldı - Fotolar

nesimide-sehidin-ailesinin-yasadigi-heyet-abadlasdirildi
Oxunma sayı: 1492

Nəsimi rayonunda 15 İyun - Milli Qurtuluş Günü münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində həyətlərdə və məhəllələrdə genişmiqyaslı abadlıq, quruculuq və yaşıllaşdırma işləri aparılır.

“Qafqazinfo” xəbər verir ki, şəhid Rzayev Hacırza Fikrət oğlunun valideynlərinin yaşadığı 3-cü mkr-n A.Mustafayev küçəsi 41 saylı binanın həyətində abadlıq-quruculuq işləri aparılıb. Həmçinin şəhidin adını daşıyan Cüdo İdman Klubu fəaliyyətə başlayıb.   

Abadlıq işlərindən öncə şəhidin valideynlərinin yaşadığı mənzildə də əsaslı təmir işləri aparılıb.

Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün binanın həyətinə söhbətgah və oturacaqlar qoyulub, müxtəlif növ uşaq oyun elementləri və idman qurğuları quraşdırılıb.

Abadlıq işləri aparılan ərazidəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, məhəlləyə 100-ə yaxın müxtəlif növ həmişəyaşıl ağaclar, 500-dən artıq gül-çiçək kolları əkilib, mövcud yaşıllıqlara və ağaclara aqrotexniki qaydada qulluq olunub. Həyətdə işıqlandırma sistemləri yenidən qurulub.

Hazırda rayonun daha bir neçə ünvanında abadlıq-quruculuq və yenidənqurma işləri aparılır.