Nəsimidə səyyar qəbullar keçirildi - Fotolar

nesimide-seyyar-qebullar-kecirildi
Oxunma sayı: 867

Nəsimi rayonunda 2024-cü ilin ilk səyyar qəbulları keçirilib. “Qafqazinfo” xəbər verir ki, təsdiq olunmuş qrafik üzrə 1, 2 və 3 nömrəli Sahə inzibati ərazi dairələri üzrə ünvanları əhatə edən rayon ərazisində RİH başçısı Asif Əsgərov tərəfindən 2024-cü ilin yanvar ayında səyyar qəbullar və yerlərdə çoxsaylı görüşlər keçirilib.

Keçirilən 4 səyyar qəbul və görüşlərdə 600-dən çox sakinin iştirakı ilə 60-dan çox müraciət dinlənilib. Vətəndaşların müraciətləri əsasən, qəzalı və istismar müddəti bitmiş yaşayış evlərinin və köhnə məhəllələrin sökülərək yenilərinin tikilməsi, həyətlərin abadlaşdırılması, dam örtüklərinin, zirzəmilərin, kanalizasiya və su xətlərinin təmiri, küçə və həyətlərin işıqlandırılması, mənzil şəraitinin yaxşılaşdırılması, iş ilə təmin, ağacların budanması və ya götürülməsi və s. məsələlərlə bağlı olub. Qaldırılan məslələrin həlli ilə bağlı görüləcək işlər barədə vətəndaşlara geniş izah verilərək aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlar verilib, müraciətlərin müsbət həlli istiqamətində operativ tədbirlər görülüb.

Qəbullar və görüşlər zamanı keçən 2023-cü il ərzində ölkəmizin tərəqqisi və qüdrətlənməsi, xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən çoxşaxəli işlər, keçən ilin sentyabr ayında lokal xarakterli antiterror tədbirlərinin suverenliyimizin tam bərqərar edilməsi ilə yekunlaşması, həmçinin 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin ölkəmizdə ətraf mühitin mühafizəsi sahəsində aparılan məqsədyönlü və ardıcıl dövlət siyasətinin tərkib hissəsi, dünyada ən irimiqyaslı və mötəbər tədbirlərdən biri hesab olunan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının növbəti 29-cu sessiyasının ölkəmizdə keçirilməsi barədə yekdil qərarın qəbul edilməsinin ölkəmizə beynəlxalq səviyyədə olan hörmət və etimadın göstəricisi olduğu qürur hissləri ilə qeyd edilmib.

Vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, təklif və rəylərin verilməsi imkanının olduğu sakinlərin diqqətinə çatdırılmışdır.