31 Mart-Azərbaycanlıların soyqırımı günü münasibətilə Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən silsilə tədbirlər keçirilib.
İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, rayon ərazisində yerləşən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin Təsviri Sənət qalereyasında növbəti tədbir keçirilib. Tədbirdə rayon məktəblilərinin və gənclərinin 31 Mart-Azərbaycanlıların soyqrımına həsr olunmuş rəsmlər nümayiş olunub.
Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxış edərək qeyd edib ki,1998-ci ildən 31 Mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırım günü kimi qeyd edilir. Azərbaycanlıların kütləvi surətdə qırğını,repressiyalara məruz qalması,doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.
Sonra 31 Mart - azərbaycanlıların soyqırımına həsr olunmuş videoçarx nümayiş olunub. Tədbirin sonunda çəkdikləri rəsmlərə görə 10 nəfər məktəbliyə Rayon İcra Hakimiyyətinin diplomları təqdim edilib.



Son xəbərlər
Son Xəbərlər