Nəsimidə uşaqların bayramı qeyd olundu

nesimide-usaqlarin-bayrami-qeyd-olundu
Oxunma sayı: 1320

Bu gün Nəsimi rayonunda 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş bayram şənliyi keçirilib.

Qafqazinfo”ya daxil olan məlumata görə, Zorge parkında təşkil olunan tədbirdə çıxış edən icra başçısı Asif Əsgərov bütün uşaqları və onların valideynlərini 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə təbrik edib, onlara can sağlığı, xöşbəxt həyat və səadət arzulayıb. Bildirib ki, hazırda Azərbaycan əhalisinin 30%-ni 18 yaşınadək uşaqlar təşkil edir. Uşaqlar dövlət tərəfindən hərtərəfli diqqət və qayğı ilə əhatə olunublar.
Tədbir zamanı LOQOS Psixoloji və Nitq İnkişaf Mərkəzinin psixoloqları tərəfindən ödənişsiz konsultasiyalar, art terapiya keçirilib.

Parkda musiqiçilərin şən ifaları altında uşaqlar xeyli rəqs edib, yallı gedib. Daha sonra isə öz məharətlərini göstərərək şeir, mahnılarla həmyaşıdları qarşısında çıxış ediblər.

Keçirilən bayram şənliyində iştirak edən nağıl qəhrəmanları və şən klounlar uşaqların yaddaşında xoş izlər buraxıb.