Xocalı faciəsinin ildönümü Nəsimi rayonunda da geniş şəkildə qeyd olunur. “Qafqazinfo” xəbər verir ki, Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq rayonun idarə və təşkilatlarında, mədəniyyət müəssisələrində, orta və ali təhsil müəssisələrində faciə ilə bağlı müxtəlif online tədbirlər keçirilir.
Tarixi həqiqətlərin daha yaxından öyrənilməsi, mənfur qonşularımız tərəfindən törədilən fəlakətlərin faktlarla gənclərə çatdırılması məqsədilə Xocalı faciəsinin ildönümü ərəfəsində Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən rayon gənclərinin və yuxarı sinif şagirdlərinin iştirakı ilə online tədbirlər təşkil olunaraq keçirilib.
Faciənin ildönümü ərəfəsində rayon İcra Hakimiyyətinin məsul şəxsləri Xocalı şəhərindən köçkün düşərək Nəsimi rayonunda məskunlaşmış 47 ailəni ziyarət edərək, onların problemləri ilə maraqlanmış və rayon İcra Hakimiyyəti tərəfindən onlara ərzaq bağlamaları çatdırılıb.
Faciənin ildönümü ilə əlaqədar rayon İcra Hakimiyyətinin rəhbərliyi və məsul əməkdaşları “Ana harayı” abidəsini ziyarət edərək faciə qurbanlarının əziz xatirəsini ehtiramla yad ediblər.




Son xəbərlər
Son Xəbərlər