Nizami Kino Mərkəzində Nəsimi Rayon İcra Hakimiyyəti Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı ilə birgə görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunmuş “Zərifə Əliyeva ömrünün işığı” adlı tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin, YAP Nəsimi rayon təşkilatının rəhbərliyi, şəhid ailələri, müharibə əlilləri iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları Zərifə Əliyeva haqqında filmə tamaşa ediblər.
Tədbiri giriş sözü ilə Nəsimi RİH başçısı Asif Əsgərov açaraq bildirib ki, çoxşaxəli, gərgin fəaliyyətinə baxmayaraq, Zərifə Əliyeva həmişə qadın incəliyini və zərifliyini qoruyub saxlaya bilib, özünün parlaq şəxsiyyətində əsl Azərbaycan xanımının keyfiyyətlərini yaşadıb: “Bütün bunlarla yanaşı, Zərifə Əliyeva qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı, yüksək mənəviyyat sahibi olub. Ümummilli lider Heydər Əliyev həyatda qazandığı böyük uğurlarda Zərifə xanımın diqqət və qayğısının mühüm əhəmiyyətini yüksək qiymətləndirirdi. Bu iki parlaq şəxsiyyətin ailə həyatı bütün cəmiyyət üçün nümunə idi. Ulu öndərin əsasını qoyduğu quruculuq işləri və Zərifə xanımın çoxşaxəli hümanitar missiyası bu gün möhtərəm Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir” .
Hər il olduğu kimi bu il də Zərifə Əliyevanın anadan olmasının 100 illiyi ilə əlaqədar 50 nəfərə yaxın gözdən əlil, fiziki qüsurlu məktəbliyə optik göz eynəkləri təqdim edilib.
Son xəbərlər
Son Xəbərlər