Neslihan Atagül baldızının əlinə xına yaxdı - Video

neslihan-atagul-baldizinin-eline-xina-yaxdi
Oxunma sayı: 2415

Türkiyəli aktyor Kadir Doğulu ilə stilist Kamal Doğulunun bacıları Asumanın xına mərasimi keçirilib.

“Qafqazinfo”nun “Hurriyet”ə istinadən verdiyi məlumata görə, gecədə iştirak edən aktrisa, Kadir Doğulunun həyat yoldaşı Neslihan Atagül baldızının əlinə xına yaxıb. 

Mərasimdə duyğusal anlar yaşanıb. Belə ki, gəlin qardaşlarını qucaqlayaraq uzun müddət ağlayıb.