ABŞ-da istirahətdə olan Nəsrin Cavadzadənin 3 polislə çəkdirdiyi foto müzakirələrə səbəb olub.
“Qafazinfo” xəbər verir ki, o, fotonu irqçilikdə günahlandırılan polis təşkilatına dəstək kimi qiymətləndirib.
Türkiyədə fəaliyyət göstərən Nəsrinin instaqramda paylaşdığı şəkil tənqidlərə məruz qalıb.
Azərbaycanlı aktrisa onu təhqir edənlərə sərt cavab verib.
“Dərin düşüncəli deyilsən, intellektual deyilsən, sənətçi deyilsən, tənqidçi deyilsən. Yalnız internetə daxil ola bilirsən. Aid olduğunuz yerdə, yəni şəkillərimin altında qalın”, -deyə Cavadzadə şərh bildirib.

Son xəbərlər
Son Xəbərlər