Nəsrin böyük məbləğdə cərimə ilə üz-üzə

Nəsrin böyük məbləğdə cərimə ilə üz-üzə
Oxunma sayı: 3489

Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə böyük məbləğdə cərimə ilə üz-üzə qalıb. 

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb aktrisanın “Yasak elma” serialına çəkilən zaman seti tərk etməsi və bir daha geri qayıtmamasıdır.

Məlumata görə, o, həmin vaxt setdə yaşanan gərginlikdən sonra həkimdən arayış alıb və telefonlara cavab verməyib.

Bu səbəbdən serialın ssenarisində məcburi dəyişikliklər olub.

Qeyd olunur ki, aktrisanı müqavilə öhdəliyni yerinə yetirmədiyi üçün 750 min TL (100 min AZN) cərimə gözləyir. 

Xatırladaq ki, Nəsrin Cavadzadə hazırda “Üç kuruş” serialında çıxış edir.