Aktrisa Nəsrin Cavadzadə “Nargis” jurnalına müsahibə verib.
“Qafqazinfo” xəbər verir ki, Türkiyədə yaşayan aktrisa müsahibəsində Bakı xatirlərindən, kino sahəsinə gəlişindən bəhs edib.
Aktrisa bildirib ki, ABŞ istehsalı olan kriminal-dramatik mövzuda “Əfsanə” teleserialının ikinci mövsümündə ekranlarda görünüb.
Tənqidçilər və tamaşaçılar tərəfindən müsbət qarşılanan serialda Nəsrinin tərəf müqabilləri Şon Bin və model Ember Vallemdir.
Nəsrin müsahibəsində qeyd edib ki, hər dəfə Türkiyə mətbuatı onun Azərbaycanda doğulduğunu xüsusi vurğulayır:
“Türkiyə mətbuatı mənim haqqımda yazarkən “Azərbaycanda doğulan aktrisa” kimi təqdim edirlər. Onlar mənim doğulduğum yeri elə vurğulayırlar ki, sanki mən başqa planetdənəm. Məni yad hesab etmirlər. Lakin onlardan biri də ola bilməmişəm”.







Son xəbərlər
Son Xəbərlər